AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən 10 saylı məktəbdə PSPSD üzrə sessiya keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən 10 saylı məktəbdə PSPSD üzrə sessiya keçirilib
24
may 2024-cü il tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının (IFRC) dəstəyi ilə AzQAC-ın Sumqayıt şəhər bölməsinin Psixi Sağlamlıq
və Psixososial Dəstək üzrə əlaqələndirici şəxsləri Lalə Cəlilzadə və Əli
Nadirli tərəfindən 10 saylı orta məktəbdə “Stresslə və böhranla mübarizə",
"Stressli vəziyyətlərdə işləmək", "Özünəqayğı" mövzularında
maarifləndirmə seminarı keçirilib. Seminarda məktəbin 11 ci sinif şagirdləri
iştirak ediblər. Şagirdləri maraqlandıran suallar cavablandırılaraq mövzu üzrə
bukletlər paylanılıb.